Tibbi xəbərlər
“Respublikanski”nin qəbul qeydiyyat binası tikiləcək
Tibbi xəbərlər
15

“Respublikanski”nin qəbul qeydiyyat binası tikiləcək

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qəbul qeydiyyat binası tikiləcək.

E-saglam.az xəbər verir ki, TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, yeni qəbul qeydiyyat binası xəstəxananın 1-ci korpusuna bitişik inşa olunacaq.

Mərkəz hazırda tikinti və ərazidə görüləcək digər təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Tendeirn dəyəri isə 390 min manat müəyyənləşib. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun