Xəbərlər
Rus alimləri sərxoşluğun dərmanını
Xəbərlər
183

Rus alimləri sərxoşluğun dərmanını hazırlayıblar

Rusiyada asma (sərxoşluq sonrası narahatlıq) üçün təsirli vasitə icad olunub.

E-saglam.az xəbər verir ki, MIPT (Moskva Fizika və Texnologiya İnstitutu) tədqiqatçılarının yaratdığı bu yeni bioloji aktiv əlavə, spirtli içkidən sonra yaranan bütün xoşagəlməz əlamətləri aradan qaldırmağa kömək edir.

Siçanlar üzərində aparılan ilkin sınaqlarda müsbət nəticələr müşahidə edilib. Test heyvanları fırlanan platformada daha uzun dayanıb, koordinasiya və tarazlıqları xeyli yaxşılaşıb.

Hazırda əlavənin tam tərkibi açıqlanmayıb, çünki bu, kommersiya sirri hesab olunur. Amma məlumdur ki, tərkibində amin turşuları və şəkərlərin xüsusi birləşməsi var. Bu komponentlər insan metabolizmasında təbii olaraq mövcuddur və onların miqdarı artırılmaqla sinir sisteminin fəaliyyəti dəstəklənir.

Bu toz şəklində olan məhsul spirt qəbulundan əvvəl və ya sonra istifadə edilə bilər. Alimlər bildirir ki, əlavə sərxoşluq əlamətlərini – koordinasiya pozğunluğu, diqqət dağınıqlığı və zehni zəiflik kimi halları aradan qaldırır.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər: bu məhsul alkoqol asılılığının və ya xroniki alkoqolizm əlamətlərinin müalicəsi üçün nəzərdə tutulmayıb. Həmçinin, onu “ayılma dərmanı” kimi qəbul edib avtomobil idarə etmək təhlükəlidir.

Alimlərin yekun tövsiyəsi isə belədir: spirtli içkidən uzaq durmaq hər zaman daha sağlam seçimdir. Sağlam həyat tərzi və düzgün qidalanma ilə bədəni asılılıqlardan və zərərlərdən qorumaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun