Xəbərlər
Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda
Xəbərlər
142

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi, "Куриное Царство" müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1,3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında aparılmış parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidilər) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna həmin məhsulun ixracının dayandırılmasına dair müraciət ünvanlanıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun