Tibbi xəbərlər
Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq
Tibbi xəbərlər
50

Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək.

E-saglam.az xəbər verir ki, “report”un məlumatına görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Qeyd olunub ki, səfər cari ilin may ayının ikinci yarısına planlaşdırılıb.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun