Xəbərlər
Saatlıda 8 məktəbli və 1 müəllim avtobusda dəm qazından zəhərlənib -
Xəbərlər
215

Saatlıda 8 məktəbli və 1 müəllim avtobusda dəm qazından zəhərlənib - YENİLƏNİB

Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.

E-saglam.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.

Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, "Setra" markalı iri tutumlu avtobusda 8 şagird və 1 müəllim zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, zəhərlənməyə avtobusun havalanma sistemi vasitəsi ilə içəriyə daxil olan dəm qazı səbəb olub. Avtobus ekspertizaya göndərilib.

***

12.19

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun