Qidalanma
Sabahdan qüvvəyə minəcək QADAĞALAR - DİQQƏT
Qidalanma
199

Sabahdan qüvvəyə minəcək QADAĞALAR - DİQQƏT

COVID-19 pandemiyası ilə əlaqədar sabahdan etibarən yeni məhdudiyyətlər qüvvəyə minir.

E-saglam.az xatırladır ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklərə görə, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

- bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr;

- ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

- yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun