Gözəllik-dəb
Saç tökülməsinin qarşısını alan
Gözəllik-dəb
914

Saç tökülməsinin qarşısını alan qarışım

Qadınları narahat edən ən böyük problemlərdən biri də saç tökülməsidir.

E-saglam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif dəmləmələrlə  saçlarınızın sağlam və parlaq görüntüsünü geri qazana bilərsiniz. Ev şəraitində hazırlana biləcək bu qarışığı bir neçə dəfə tətbiq etdikdən sonra artıq təsirini görməyə başlayacaqsınız. Qarışıq təkcə saç tökülməsinə deyil, artımına da kömək edəcək.

Bunun üçün lazım olanlar:

- 1 xörək qaşığı lavanda otu

- 1.xörək qaşığı at pıtrağı otu

- 1 xörək qaşığı gicitkən otu

- 1 xörək qaşığı yatıqqanqal otu

Bu otları qarışdırıb üzərinə 2 stəkan qaynar su tökün, qapağın altında 1 saat dəmləyin, süzün. Saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın.//Axşam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun