İngiltərədə yaşayan 38 yaşlı, üç uşaq anası Keşiya Liburd sadə diş ağrısı ilə diş həkiminə müraciət etdikdən sonra həyatının ən ağır xəbərini aldı.
E-saglam.az-ın məlumatına görə, Müayinədən sonra dişlərində heç bir problem olmadığı bildirilsə də, bir neçə ay sonra o, döş qəfəsində ağrılar hiss etməyə başladı və təcili xəstəxanaya aparıldı. Rentgen müayinəsi nəticəsində ona siqaret çəkməyənlərdə də rast gəlinən, lakin çox vaxt gec aşkar edilən ALK-müsbət ağciyər xərçəngi diaqnozu qoyuldu.
Əvvəlcə müalicə nəticə versə də, xəstəlik qısa müddətdə yenidən qayıtdı və qaraciyər, limfa düyünləri və beynə yayıldı. Keşiya indiyədək üç fərqli kimyaterapiya, 30 seans radioterapiya və bir neçə raund immunoterapiya alıb. Hazırda o, dördüncü kimyaterapiya mərhələsindədir.
Tərcümə: Könül Oruc