Sağlamlıq
Sadə görünür, amma öldürücü ola bilər:
Sağlamlıq
316

Sadə görünür, amma öldürücü ola bilər: Alkoqolu hansı içkilərlə içmək olmaz?

Spirtli içkiləri müxtəlif meyvə şirələri, qazlı içkilər və ya isti içkilərlə qəbul etmək düşündüyünüzdən daha təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi, həkim Aleksandr Umnov bu barədə “Lenta.ru”ya danışıb.

Həkim bildirib ki, alkoqol yalnız qazsız su ilə qəbul edilməlidir. Çünki qazsız su kimyəvi baxımdan neytral sayılır və bədənin maddələr mübadiləsinə müdaxilə etmir. Halbuki, portağal və qreypfrut kimi sitrus şirələri qaraciyərdə alkoqolu parçalamağa cavabdeh olan fermentlərlə rəqabət aparır və bunun nəticəsində spirtin zərərsizləşdirilməsi ləngiyir. Bu isə orqanizmdə toksik təsirin artmasına səbəb olur.

Umnov qeyd edib ki, şirin və qazlı içkilərlə spirt qəbul etmək xüsusilə təhlükəlidir. Şirin içkilər mədəaltı vəzə əlavə yük yaradır və bu da pankreas nekrozuna qədər ciddi fəsadlarla nəticələnə bilər. Gazlı içkilər isə mədədə spirtin daha sürətli sorulmasına səbəb olur və bu, zəhərlənmə riskini xeyli artırır.

Cərrah həmçinin spirtli içkilərlə çay və ya qəhvə içməyi də tövsiyə etmir. Onun sözlərinə görə, bu cür kombinasiyalar ürəyə ciddi yük salır və aritmiya riskini artırır.

Mütəxəssis alkoqollu içkilər qəbul edilərkən yalnız təmiz, qazsız suyun seçilməsini və digər içkilərlə birgə istifadədən qaçınılmasını tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun