Sağlamlıq
“Sağlam” hesab edilən bəzi qidalar əslində
Sağlamlıq
96

“Sağlam” hesab edilən bəzi qidalar əslində yaşlanmanı sürətləndirə bilər

Bitki əsaslı ət məhsulları və özü olmayan qəlyanaltılar getdikcə daha çox insan tərəfindən sağlam seçim kimi qəbul edilsə də, mütəxəssislər bu məhsulların düşündüyümüz qədər günahsız olmadığını bildirirlər. Onlar xroniki iltihaba və vaxtından əvvəl yaşlanma əlamətlərinə səbəb ola bilər.

E-saglam.az-ın məlumatına görə, sağlamlıq məşqçisi Tracy Campoli bildirib ki, marketlərdə "sağlam" adı ilə satılan bir çox məhsul həddindən artıq duz, işlənmiş maddələr və toxum yağları ilə zəngindir. Bu komponentlər bədəndə iltihabı artıraraq dəri sağlamlığına zərər vurur və qocalmanı sürətləndirir.

Campoli qeyd edir ki, bitki mənşəli ət alternativlərində tez-tez protein çatışmazlığı müşahidə olunur və onlar emal olunmuş inqrediyentlərlə zəngindir. Eyni zamanda bu məhsulların yüksək duz tərkibi dəridə quruluq, şişkinlik və qırışlara səbəb ola bilər. Duzun dəriyə olan susuzlaşdırıcı təsiri yaşlanma əlamətlərini daha da görünən edir.

Toxum yağları (kanola, günəbaxan, qarğıdalı və s.) əvvəlcə ürək sağlamlığı üçün faydalı hesab olunsa da, son tədqiqatlar bu yağların yüksək omeqa-6 tərkibi ilə oksidləşdirici stress yaratdığını göstərir. Bu da piylənmə, 2-ci tip diabet, depressiya və miqren kimi problemlərlə əlaqələndirilir.

Bundan əlavə, özü olmayan qəlyanaltılar, qranola, düyü tortları və bəzi “tam buğda” çörəkləri də tez-tez gizli şəkər və emulqatorlar ehtiva edir. Bu maddələr kollagenin parçalanmasına səbəb olaraq dəridə sallanma və qırışlara yol aça bilər.

Böyük Britaniyada aparılan bir araşdırma da bu fikri dəstəkləyir. Nəticələrə görə, yüksək dərəcədə emal olunmuş qidalardan uzaq duran insanlar digərlərinə nisbətən iki dəfə daha çox arıqlayır.

Campoli-nin tövsiyəsi isə sadədir: əvəzedici məhsullar axtarmaqdansa, daha çox təbii və bütöv qidalar istehlak etmək orqanizm üçün daha sağlam və faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun