Faydalı
Şəfalı şərbətlər və onların FAYDALARI
Faydalı
195

Şəfalı şərbətlər və onların FAYDALARI

Həkim-fitoterapevt Fizuli Hüseynov şəfalı şərbətlərin hazırlanma qaydası haqqında sosial şəbəkədə məlumat verib.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə,  demək olar ki, bütün xəstəlikləri əhatə edən bu içkilərin hazırlanma və istifadə qaydalarına diqqətlə riayət etdikdə faydalı nəticələr əldə etmək mümkündür. 

Zəncəfil – sirkə – bal

Əgər sizdə ürəkbulanma, baş-gicəllənmə, köpmə, osteoporoz, revmatizm, sidik-cinsiyyət orqanlarında iltihab, digər iltihabi xəstəliklər, allergiya, şəkər, qan dövranı pozulması, qadınlarda aybaşı pozulması, ağız və boğaz yaraları kimi xəstəliklər varsa, belə bir şərbət hazırlanır:

Təzə zəncəfil – 50 qram;
Alma sirkəsi (təbii) – yarım stəkan;
Bal – 1 stəkan.

Əvvəlcə zəncəfil sürtgəcdən keçirilir, suyu çıxarılır, sonra tərkib hissələri və zəncəfilin şirəsi, bir-birinə qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Şərbət soyuducuda saxlanılmalıdır. Şəkər xəstələri balı yarım stəkan götürsünlər.

Sarımsaq – sirkə – bal

Tez-tez xəstələnmə, əsasən də yuxarı tənəffüs yollarının xəstəlikləri, bağırsaq qurdları, yüksək təzyiq, əl-ayaq barmaqlarınızda göbələk, yüksək xolesterin hallarında, xərçəngin müalicə və profilaktikasında, tez-tez yara və çiban əmələ gəlirsə, öd durğunluğunda, cinsi zəiflikdə, saçların tökülməsində, əsəb pozulmasında, qan qatılaşmasında, iştahsızlıqda, herpes infeksiyanın müalicəsində istifadə olunan şərbət belə hazırlanır:

Sarımsaq (yerli) – 10 diş;
Alma sirkəsi (təbii) – 1 stəkan;
Bal – 1 stəkan.

Sarımsaq sürtgəcdən keçirilir, tərkib hissələri bir-birinə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Göbələk və herpes zamanı gündə 2 dəfə xaricə sürtülür.

Bal - Limon

C vitamini çatışmazlığı zamanı, qaraciyərin, mədə-bağırsağın şlaklardan təmizlənməsi üçün, böyrək və öd daşlarında, görmə zəifliyində, kalsium, dəmir, fosfor çatışmazlığında, ağız və diş əti, dəri yaralarında, düşüncə, yaddaş və diqqət zəifliyində belə şərbət hazırlanır:

1 xörək qaşığı bal, 1 ədəd limonun təzə sıxılmış şirəsinə qarışdırılır, üstünə su tökülərək 1 stəkan həddinə çatdırılır. Gündə 1 dəfə səhər yeməyindən 1 saat əvvəl içilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun