Faydalı
Səhər boş mədəyə zeytun yağı içməyin 5 faydası:
Faydalı
156

Səhər boş mədəyə zeytun yağı içməyin 5 faydası: qaraciyərdən dəriyə qədər təsir edir

Zeytun yağı təkcə salatlarda istifadə edilən bir məhsul deyil. Səhər boş mədədə 1 qaşıq zeytun yağı içmək, bədəninizə təbii dəstək verir və sağlamlığınızı gücləndirir.

E-saglam.az xəbər verir ki, bu vərdiş həzmi sürətləndirir, qaraciyəri qoruyur, dərinizin parlaq görünməsinə kömək edir.

Zeytun yağının 5 əsas faydası:

Qaraciyəri təmizləyir: Zeytun yağı safra istehsalını artıraraq, qaraciyərin toksinləri daha effektiv atmasına yardımçı olur.

Həzm sistemini tənzimləyir: Bağırsaqları yumşaldır, qəbizliyi aradan qaldırır və mədəni sakitləşdirir.

İltihabla mübarizə aparır: İçindəki oleik turşusu və polifenollar bədəndə iltihabın azalmasına kömək edir.

Dəri sağlamlığını dəstəkləyir: Antioksidant təsiri ilə hüceyrələrin yenilənməsini təşviq edir, dərini daha canlı və parlaq edir.

Pis xolesterolu azaldır: Müntəzəm istifadə LDL səviyyəsini aşağı salır, yaxşı xolesterolun artmasına şərait yaradır.

Necə istifadə etməli?

Səhər boş mədədə 1 xörək qaşığı təmiz, soyuq sıxılmış zeytun yağı içmək məsləhətdir. İstəsəniz, bir neçə damcı limon suyu əlavə etməklə təsiri gücləndirə bilərsiniz. Zeytun yağını salata tökməkdən fərqli olaraq, bu sadə vərdiş sağlamlığınız üçün çox faydalı ola bilər. Əsas odur ki, istifadə etdiyiniz zeytun yağı təbii və keyfiyyətli olsun.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun