Xəbərlər
Səhər oyanan kimi etdiyiniz bu səhv
Xəbərlər
333

Səhər oyanan kimi etdiyiniz bu səhv bütün gününüzə mənfi təsir edir

Milyonlarla insanın səhər oyanan kimi etdiyi adi bir vərdiş gün ərzində məhsuldarlıq, motivasiya və əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər.

E-saglam.az bildirir ki, Nyu York Universitetinin neyrologiya mütəxəssisi, Prof. Dr. Wendy Suzuki bu barədə ciddi xəbərdarlıq edib.

Suzukiyə görə, yuxudan oyanan kimi telefona baxmaq, beynin ən məhsuldar saatlarını zərərsiz bir vərdişə qurban vermək deməkdir. “Əgər səhər etdiyiniz ilk şey telefonunuzu yoxlamaqdırsa, bu, beyninizin günün ən dəyərli fürsət pəncərəsini qaçırması deməkdir”, – deyə o bildirib.

Mütəxəssis qeyd edir ki, insan beyni yuxudan oyandıqdan dərhal sonra öyrənməyə, diqqətə və yaradıcılığa ən açıq vəziyyətdə olur. Bu dövrdə dopamin səviyyəsi yüksək olduğundan motivasiya və müsbət əhval da təbii olaraq artır. Lakin bu zaman ekrana məruz qalmaq, xüsusilə kortizol və dopamin kimi vacib hormonların təbii ritmini poza bilər. Nəticədə, beyin səhər enerjisini və diqqət potensialını itirmiş olur.

Prof. Suzuki bu vərdişi dəyişmək üçün sadə, lakin təsirli bir üsul təklif edir:

“Növbəti 5 gün ərzində səhərlər ilk 20 dəqiqəni ekranlardan uzaqda keçirin. Bu zaman ərzində sadəcə uzanın, gün ərzində diqqət yetirmək istədiyiniz üç şeyi yazın və ya sakitcə qəhvə içərək fikirlərinizlə baş-başa qalın. Beyninizə istiqamət vermək üçün bu vaxtı ona ayırın – nə baş verdiyini özünüz müşahidə edəcəksiniz.”

Səhər saatları kimi, gecə vaxtı da telefonda uzun müddət vaxt keçirmək psixi sağlamlığa zərər verə bilər. Səudiyyə Ərəbistanındakı Kral Səud Universitetində aparılan bir araşdırmaya görə, iştirakçıların 90%-i yatmazdan əvvəl telefon və ya planşet istifadə edir. Tədqiqat nəticəsində məlum olub ki, bu vərdiş yuxu keyfiyyətini 2-3 dəfə azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun