Sağlamlıq
Səhərlər limonlu su içməyin faydaları -
Sağlamlıq
713

Səhərlər limonlu su içməyin faydaları - Bəs kimlər üçün təhlükəlidir?

Səhər limonlu ilıq su içmək vərdişi immunitet sistemini gücləndirmək və arıqlamaq üçün faydalıdır, lakin bəzi insanlar üçün bu təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, bu sözləri diyetoloq və qidalanma mütəxəssisi Yelena Solomatina deyib.

Mütəxəssis izah edib ki, limonlu ilıq su ödqovucu və sidikqovucu təsirə malikdir, yəni o, böyrək və mədəaltı vəzində daş əmələ gəlməsinin qarşısını alır. Bundan əlavə, tərkibində çoxlu miqdarda antioksidant, C vitamini və kalium olan bu içki turşu-əsas balansını qorumağa kömək edir.

Lakin Solomatinanın sözlərinə görə, limonlu su yalnız sağlamlıq problemi olmayan insanlara müsbət təsir göstərir. Mədə-bağırsaq xəstəlikləri və qastroezofageal reflü xəstəliyi (GERD) olanlar üçün bu içki zərərlidir. Doktor əlavə etdi ki, limon da daxil olmaqla sitrus meyvələrinə dözümsüzlüyünüz varsa, bundan çəkinməyə dəyər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun