Tibbi xəbərlər
Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edib
Tibbi xəbərlər
165

Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edib

Səhiyyə naziri Teymur Musayev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahovu iyulun 8-də institutun kollektivinə təqdim edib.

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tədbirdə çıxış edən nazir Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Nazim Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri əsas prioritet olacaq.

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun