Tibbi xəbərlər
Səhiyyə nazirinin müavini: "Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək"
Tibbi xəbərlər
60

Səhiyyə nazirinin müavini: "Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək"

“Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.

E-saglam.az bildirir ki, bunu APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq: “Sınaqlar könüllü şəkildə keçiriləcək”, - deyə V. Qasımov bildirib.

Qeyd edək ki, Türkiyə istehsalı "TURKOVAC"ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun