Xəstəliklər
Şəkər xəstəliyinin ilkin əlamətləri
Xəstəliklər
580

Şəkər xəstəliyinin ilkin əlamətləri

Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar.

Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur.

Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?

- yorğunluq

- halsızlıq

- ürək yanğısı

- tez-tez sidiyə getmə

- arıqlama və ya hədsiz kökəlmə.

Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir.

Bunlar aşağıdakılardır:

- çoxlu maye qəbul etmək istəyi

- gecələr sidiyə çıxma

- aşağı ətraflarda yaraların əmələ gəlməsi

- yaraların gec sağalması

- aralıq nahiyyədə qaşınma.

Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar.

Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:

- orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir

- şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır

- yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun