Xəbərlər
Şəki Dövlət Dram Teatrının aktrisası vəfat edib
Xəbərlər
132

Şəki Dövlət Dram Teatrının aktrisası vəfat edib

Şəki Dövlət Dram Teatrının aktrisası vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə Şəki Dövlət Dram Teatrı məlumat yayıb.

Bildirilib ki, aktrisa Brilyant Camal qızı Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, o, 1963-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildən Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyoru ixtisasını bitirib.

B.Babayeva Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun