Xəbərlər
Şəkidə üç yaşlı uşağı it dişləyib
Xəbərlər
356

Şəkidə üç yaşlı uşağı it dişləyib

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

APA-nın məlumatına görə, hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.

2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun