Həkim Uilyam Arias bildirib ki, səkkiz növ xərçəngə tutulma riskini 30 faiz azaltmaq üçün pəhrizə bir ucuz tərəvəz əlavə etmək lazımdır.
E-saglam.az xəbər verir ki, o, bunu "El Español"a müsahibəsində deyib.
Arias, çoxlu miqdarda xərçəngdən qoruyan karotenoidləri ehtiva edən daha çox yerkökü istehlakına çağırdı. "Məhz bu maddə tərəvəzə narıncı rəng verir", - həkim izah etdi.
"Karotenoidlər həmçinin antioksidant və antiinflamatuar xüsusiyyətlərə malikdir, buna görə də səkkiz növ xərçəngin inkişaf riskini azaldır".
Sonda mütəxəssis qeyd edib ki, bu effekti əldə etmək üçün gündə bir və ya iki yerkökü lazımdır.
Tərcümə: Könül Oruc