Yay istisində şirin qazlı içkilərlə susuzluğu aradan qaldırmaq istəyənlərə xəbərdarlıq var.
E-saglam.az xəbər verir ki, diyetoloq Mısra Beste Köleoğlu bildirir ki, bu içkilərin tərkibindəki kafein sidikqovucu təsir göstərərək bədəndə su itkisini artırır. Şəkər səviyyəsi yüksək olan bu içkilər, xüsusilə diabet, hipertoniya və böyrək xəstələri üçün risklidir.
Köleoğlu, yay aylarında yaşlılar, uşaqlar, hamilələr və xroniki xəstələrin istiyə daha həssas olduğunu vurğulayaraq, tər vasitəsilə bədəndə maye və mineralların (natrium, kalium, maqnezium) itirildiyini, bu səbəblə də sulu və asan həzm olunan qidaların seçilməsinin vacibliyini qeyd edir.
Susuzluğu azaldacaq faydalı içkilər:
Mədən suyu (maqnezium və natrium dəstəyi)
Az duzlu ayran (maye, natrium və kalsium)
Təzə sıxılmış meyvə şirələri (xüsusilə kalium baxımından zəngin)
Kafeinsiz bitki çayları (rahatladıcı və sərinləşdirici)
Tərcümə: Könül Oruc