Qidalanma
Sevimli yemək ölümcül bakteriya ilə əlaqələndirildi:
Qidalanma
73

Sevimli yemək ölümcül bakteriya ilə əlaqələndirildi: Körpə reanimasiyada

İngiltərədə altı aylıq körpə pate yedikdən sonra Clostridium botulinum bakteriyasının yaratdığı körpə botulizmi diaqnozu ilə altı həftə xəstəxanada müalicə alıb. Bu toksinlər sinir sistemini iflic edə bilər və ən ölümcül maddələrdən hesab olunur.

E-saglam.az-ın məlumatına görə, hadisə barədə "Eurosurveillance" jurnalı məlumat yayıb. Araşdırma göstərib ki, körpənin yediyi hazır fıstıq yağında bakteriyanın A növü tapılıb və genetik analiz nəticələri ilə təsdiqlənib. Məhsulun tərkibində bal yox idi, yalnız qovrulmuş fıstıqdan hazırlanmışdı.

İlk əlamətlər iki həftəlik qəbizlik, yorğunluq, zəif ağlama və tənəffüs çətinliyi olub. Sonrakı günlərdə göz qapaqlarının sallanması və başın idarə edilməsinin itirilməsi müşahidə edilib. BIG-IV antitoksini yalnız 10-cu gündə gətirilib. Körpəyə 20-ci günədək süni tənəffüs dəstəyi göstərilib.

Böyük Britaniyada körpə botulizmi 1977-ci ildən bəri cəmi 23 dəfə qeydə alınıb və əsasən 12 aydan kiçik uşaqlara təsir göstərir.

İtaliyada da ötən həftə botulizm epidemiyası nəticəsində 52 yaşlı kişi ölüb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Səbəb çimərlikdə satılan brokoli və sosiskalar olub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun