Faydalı
​​​​​​​Səyahət zamanı bu 7 dərmanı özünüzlə götürməyin –
Faydalı
445

​​​​​​​Səyahət zamanı bu 7 dərmanı özünüzlə götürməyin – Həkim xəbərdarlıq edir

Səyahət zamanı qəbul edilən bəzi dərmanlar gözlənilməz təsirlər yarada bilər. Xüsusilə təyyarə ilə yüksək hündürlüyə qalxarkən orqanizmdəki dəyişikliklər dərmanların təsir gücünü artıra və ya təhlükəli vəziyyətlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həkim Sean Ormond bu barədə ciddi xəbərdarlıq edib və yeddi dərman növünə xüsusi diqqət yetirilməsini tövsiyə edib.

Uçuş zamanı diqqətli olunmalı 7 dərman:

Opioid ağrıkəsicilər – Yuxululuq, nəfəs darlığı və qarışıqlıq yarada bilər. Kabində oksigen səviyyəsi az olduğu üçün bu risk artır. Daha yüngül alternativlərə üstünlük verilməlidir.

Yuxu həbləri – Uçuş zamanı rahatlıq üçün seçilsə də, oriyentasiya pozğunluğu və reaksiyanın zəifləməsi ilə nəticələnə bilər. Göz maskası və boyun yastığı kimi təbii həllər daha təhlükəsizdir.

Narahatlıq, təlaş əleyhinə dərmanlar – Təsiri yüksək hündürlükdə arta bilər, bu isə huşsuzluq və zəifliyə səbəb ola bilər. Nəfəs məşqləri və təbii rahatlaşdırıcı üsullar tövsiyə olunur.

Diuretiklər (su dərmanları) – Susuzluq və tez-tez tualet ehtiyacına səbəb olur. Uzun uçuşlarda başgicəllənmə riski artır. İstifadə olunarsa, bol su qəbul edilməli və koridor oturacağı seçilməlidir.

Yuxulu antihistaminiklər – Allergiya üçün istifadə olunan bəzi antihistaminiklər yuxululuq və yavaş reaksiya yarada bilər. Yuxusuz alternativlər (məsələn, Claritin) daha uyğundur.

Güclü əzələ rahatladıcı – Hərəkətliliyi azaldaraq qan dövranı problemlərinə yol aça bilər. Dartma məşqləri və ya istilik tətbiqləri daha təhlükəsizdir.

Qan durulaşdırıcılar – Uzun müddət hərəkətsizlik zamanı risk artır. Həkim məsləhəti ilə hər saat hərəkət edilməli, sıxılma corabları istifadə olunmalıdır.

Xroniki xəstəlikləri olan şəxslərin səyahətdən əvvəl mütləq həkimlə məsləhətləşməsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun