Psixologiya
Sizə manipulyasiya edildiyini göstərən 5 əlamət -
Psixologiya
90

Sizə manipulyasiya edildiyini göstərən 5 əlamət - Psixoloq açıqladı

Mütəxəssislər bildirirlər ki, sağlam münasibətlərin əsası sevgi və hörmətdir. Lakin hər bir zərərli davranış mübahisə və açıq davalarla özünü göstərmir. Bəzən manipulyasiya sakit, gündəlik anlarda və hiss olunmadan baş verə bilər.

E-saglam.az-ın məlumatına görə, psixoloqlar deyirlər ki, bu cür davranışlar çox vaxt qayğı, diqqət və ya zarafat adı altında gizlənir. İnsan “Bəlkə mən çox düşünürəm” və ya “O, sadəcə kömək etmək istəyir” deyə düşünə bilər. Lakin daxildə yaranan narahatlıq, vəziyyətin göründüyündən fərqli olduğunu göstərə bilər. Erkən mərhələdə bu əlamətləri tanımaq, uzunmüddətli özünə inam itkisi və asılı münasibətlərin qarşısını ala bilər.

Münasibətlərdə tez-tez rast gəlinən 5 incə manipulyasiya üsulu:

1. Günah yaratmaq

“Mən sadəcə sənin üçün ən yaxşısını istəyirəm, amma sən istəmirsənsə, problem deyil” kimi ifadələr yaxşı niyyətli görünə bilər. Lakin bu, zamanla insanı öz istəklərindən çox qarşı tərəfi razı salmaq üçün qərar verməyə sövq edir.

2. Narahatedici sözlər

Cümləni kontekstdən çıxarıb fərqli şəkildə təkrar etmək, insanın yaddaşına şübhə yaratmasına səbəb ola bilər. Bu, mühakimə qabiliyyətini zəiflədir və manipulyatorun nəzarətini artırır.

3. Münasibətləri təcrid etmək

Dostlar və ailə ilə əlaqəni qadağan etmək açıq şəkildə edilməsə də, “Onlar səninlə həqiqətən maraqlanmırlar” kimi eyhamlarla insan tədricən sosial çevrəsindən uzaqlaşa bilər və tək bir nəfərə bağlı vəziyyətə düşə bilər.

4. Zarafat adı ilə hücum

İctimai yerlərdə alçaltmaq və ya həssas məqamları hədəfə almaq “bu sadəcə zarafatdır” deyərək normallaşdırıla bilər. Bu, qarşı tərəfin duyğularını kiçiltmək və sərhədləri pozmaq deməkdir.

5. Şərtli sevgi

Sevgi, diqqət və qayğının yalnız müəyyən davranış qarşılığında göstərilməsi nəzarət formasıdır. Bu, insanı daim bəyənilməyə çalışmağa və sevgiyə layiq olmaq üçün özünü dəyişməyə məcbur edə bilər.

Psixoloqlar vurğulayırlar ki, bu əlamətləri tanımaq, sağlam sərhədlər müəyyənləşdirmək və münasibətlərdə balanslı ünsiyyəti qorumaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun