Xəbərlər
Soyuducunu təmizləyərkən bu vasitələrdən
Xəbərlər
10

Soyuducunu təmizləyərkən bu vasitələrdən qəti istifadə etməyin

Soyuducunu təmiz saxlamaq həm qida təhlükəsizliyi, həm də cihazın uzunömürlü olması üçün vacibdir. Ancaq istifadə olunan təmizləyici vasitələr düzgün seçilməlidir.

E-saglam.az-ın məlumatına görə, ən yaxşısı, limon və ya qatıq (laktik) turşusu kimi təbii maddələrə əsaslanan təmizləyicilərdir. Bu vasitələr həm təsirli təmizləyir, həm də soyuducunun plastik, rezin və metal hissələrinə zərər vermir.

Tərkibində xlor olan vasitələrdən uzaq durmaq lazımdır. Xlor səthlərin rəngini dəyişə, plastiki zəiflədə və metal hissələrdə pas yarada bilər.

Aşındırıcı tozlar və qalın gellər də uyğun deyil. Onlar səthdə xırda cızıqlar yaradır və bu cızıqlarda mikroblar asanlıqla yığılır.

Spirt tərkibli məhsullar da zərər verə bilər. Belə vasitələr rezin hissələri qurudaraq çatladır və soyuducunun sızdırmazlığını poza bilər.

Əgər yeni bir təmizləyici istifadə edəcəksinizsə, əvvəlcə soyuducunun görünməyən bir yerində yoxlayın. Bu, vasitənin səthə ziyan verib-vermədiyini əvvəlcədən bilməyə kömək edər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun