Qidalanma
Soyuq su içmək faydalıdır, yoxsa zərərli?
Qidalanma
326

Soyuq su içmək faydalıdır, yoxsa zərərli? Bədənə təsirləri

Soyuq su içmək haqqında illərdir müzakirələr davam edir. Bəziləri onun həzmə zərər verdiyini, bəziləri isə sağlamlığa faydalı olduğunu iddia edir. Lakin bu məsələdə konkret elmi dəlillər azdır.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, soyuq su bəzi insanlarda burun seliyini qalınlaşdıraraq nəfəs almağı çətinləşdirə bilər. Bundan başqa, həssas insanlar üçün miqreni tetikleyə və ya qida borusu problemlərini pisləşdirə bilər.

Bununla belə, xüsusilə isti havalarda və fiziki fəaliyyət zamanı soyuq su bədəni sərinlədərək performansı artırır, ürək döyüntüsünü tənzimləyir və özünü daha yaxşı hiss etməyə kömək edir. Soyuq su içmək maddələr mübadiləsini bir qədər sürətləndirə və kalori yandırmanı artıraraq çəki itirməyə dəstək ola bilər.

Ənənəvi Çin təbabətində və bəzi digər mədəniyyətlərdə yeməklə birlikdə soyuq su içmək balanssızlıq sayılır. Lakin bu fikirləri təsdiqləyən güclü elmi sübutlar yoxdur. Ən vacib məqam, fərdi fərqləri nəzərə almaq və orqanizmin verdiyi siqnallara qulaq asmaqdır. Həssas dişlər və ya həzm sistemi olan insanlar ehtiyatlı olmalıdır.

Sonda isə ən əsas məsələ – bədənin susuz qalmamasıdır. Su istənilən temperaturda həyati vacibdir. Soyuq və ya ilıq içmək fərdi seçim olsa da, sağlam qalmaq üçün kifayət qədər su içmək əsas şərtdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun