Şri-Lankada son 20 ildə ən güclü çikunqunya qızdırması qeydə alınıb.
E-saglam.az xəbər verir ki, bu barədə iz.ru məlumat yayıb.
"Respublikanın Səhiyyə Nazirliyi, eləcə də yerli aparıcı virusoloqlar son 20 ildə adada çikunqunya qızdırmasının ən aktiv yayılmasını qeydə alırlar", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, xəstəlik əsasən gündüzlər aktiv olan sarı qızdırma ağcaqanadlarının dişləməsi ilə keçir. İnfeksiyanın simptomları xəstəliyə yoluxduqdan sonra 2-12 gün ərzində üzə çıxır və şiddətli oynaq ağrısı, yüksək hərarət və dəridə səpkilərlə özünü büruzə verir.