Xəbərlər
Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, ölən var -
Xəbərlər
264

Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, ölən var - YENİLƏNİB

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin beş üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

E-saglam.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

17:52

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində baş verib.

Onlardan birinin öldüyü bildirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun