Tibbi xəbərlər
Sünnət kişilərdə xərçəngə tutulma riskini azaldır? -
Tibbi xəbərlər
143

Sünnət kişilərdə xərçəngə tutulma riskini azaldır? - Həkimdən maraqlı izah

Medline Adana Xəstəxanasının Uşaq Cərrahiyyəsi mütəxəssisi Dr. Əli Elbek sünnətin bəzi sağlamlıq risklərini azaltmaqda təsirli ola biləcəyini bildirib. Onun sözlərinə görə, sünnət sidik yolları infeksiyası, bəzi cinsi yolla keçən xəstəliklər və cinsiyyət orqanı xərçəngi riskini azalda bilər.

E-saglam.az xəbər verir ki, Dr. Elbek sünnəti “kişilərdə cinsiyyət orqanının başını örtən dərinin qismən və ya tam çıxarılması” kimi izah edib.

O, bu prosedurun steril əməliyyat otağında, təcrübəli həkim tərəfindən həyata keçirilməsinin vacibliyini vurğulayıb. "Əks halda, səhv və gigiyenik olmayan şəraitdə edilən sünnət cinsiyyət orqanında qalıcı zədə və ağır nəticələrə səbəb ola bilər".

Uşağın gələcəkdə fiziki və psixoloji travma yaşamaması üçün sünnətin diqqətlə planlanmalı olduğunu bildirən həkim qeyd edib ki, əməliyyatdan əvvəl hər bir uşaq pediatrik müayinədən keçməli və anadangəlmə qüsurlar istisna olunmalıdır.

Dr. Elbek əlavə edib ki, körpələr daha sakit və hərəkətsiz olduqları üçün həyatın ilk 6 ayında lokal anesteziya ilə sünnət etmək daha rahat olur. Ümumilikdə isə sünnət hər yaşda edilə bilər, lakin infeksiya və travma riskini azaltmaq üçün ən ideal dövr ilk iki ildir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun