Tibbi xəbərlər
Sünnət zamanı edilən bu səhv ömürlük
Tibbi xəbərlər
45

Sünnət zamanı edilən bu səhv ömürlük problemlərə səbəb ola bilər

Medline Adana Xəstəxanasının Uşaq Cərrahı Dr. Ali Elbek bildirib ki, sünnət cərrahi əməliyyatdır və gigiyena ilə yanaşı, sağlamlıq baxımından da vacib faydalar verir. Amma əməliyyat steril şəraitdə və mütəxəssis həkim tərəfindən edilməlidir. Əks halda, ömürlük fiziki və psixoloji fəsadlara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Dr. Elbekin sözlərinə görə, sünnət üçün ən uyğun dövr doğumdan sonrakı ilk iki ildir. Bu dövrdə infeksiya və psixoloji travma riski daha az olur. O qeyd edib ki, səhv və ya şəraitsiz sünnət uşağın gələcək həyatına mənfi təsir edə bilər.

Mütəxəssis əlavə edib ki, düzgün şəraitdə aparılan sünnət sidik yolu infeksiyası, bəzi cinsi yolla keçən xəstəliklər və hətta penis xərçəngi riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun