Xəstəliklər
Tahində "salmonella" bakteriyası aşkarlanıb:
Xəstəliklər
404

Tahində "salmonella" bakteriyası aşkarlanıb: məhsullar geri çağırılır

Türkiyədən Almaniyaya ixrac edilən tahin məhsullarında bağırsaq sisteminə təsir edən salmonella bakteriyası aşkarlanıb.

E-saglam.az xəbər verir ki, RASFF (Avropa Birliyinin Qida və Yem üçün Sürətli Alert Sistemi) bu halı ciddi təhlükə kimi qiymətləndirib və məhsulların geri çağırılması qərarı verilib.

 

Rəsmi yoxlamalar zamanı aşkar edilən bakteriya insan sağlamlığı üçün təhlükə yaradır.

Salmonella nədir?

Salmonella (salmonellyoz) bağırsaq traktını təsir edən ümumi bakterial xəstəlik kimi tanınır. Bakteriyaların yaratdığı qida zəhərlənməsinin ən geniş yayılmış növlərindən biri olan salmonella heyvanların və insanların bağırsaqlarında yaşayır və nəcislə xaric olur. İnsanlara ən çox çirklənmiş su və ya qida vasitəsilə ötürülür. 

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun