Vakansiya
TƏBİB vakansiya elan edib
Vakansiya
1660

TƏBİB vakansiya elan edib

TƏBİB Tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Görəcəyiniz işlər:

  • Tibbi xidmətlərin inkişafı üzrə müxtəlif proqramların həyata keçirilməsinin təmin edilməsinə dair təkliflərin verilməsi;

  • Müasir metodların tətbiqi və menecment prinsipləri əsasında ixtisaslı tibbi xidmətin planlanmasının, təşkilinin, keyfiyyətinin yaxşılışdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair təkliflərin işlənib hazırlanması;

  • İxtisaslı tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsi istiqamətində işlərin icra edilməsi;

  • Tibb müəssisələrinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflərin hazırlanması;

  • Tibb müəssisələrində müxtəlif ixtisaslaşdırılmış xidmət sahələrində təşkilati-metodik fəaliyyətin təmin edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi;

  • Tibb müəssisələrində ixtisaslasmış tibbi xidmətlərin icrasına nəzarət məqsədi ilə planlı sürətdə və plandankənar monitorinqlərdə iştirak, onların nəticələrinə əsasən çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlərin müəyyənləşdirilməsi;

  • Şöbənin səlahiyyət və vəzifələrini əhatə edən daxili siyasət, prosedur qaydaların hazırlanması və buna uyğun fəaliyyətin təşkil edilməsi;

  • Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılması, müəyyən edilmiş qaydada müraciətlərin cavablandırılmasının təmin edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi təhsil (Stomatologiya və laboratoriya işi istisna)

  • Səhiyyənin təşkili istiqamətində minimum 3 il iş təcrübəsi

  • Dil bilikləri: Rus və ingilis dili – arzuolunan

  • Kompüter bilikləri: Microsoft Office – sərbəst

  • Azərbaycan Respublikasının Konstitusiyası

  • Azərbaycan Respublikasının səhiyyə sahəsində olan qanunvericiliyi və digər normativ hüquqi aktlar

  • Peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədlər

  • Tibbi fəaliyyətin təşkilinin əsasları.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi

  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Böyük məsləhətçi” qeyd olunmalıdır

  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun