Tibbi xəbərlər
Tədqiqat: 40 yaşında sevgi tapmaq 70 yaşından
Tibbi xəbərlər
435

Tədqiqat: 40 yaşında sevgi tapmaq 70 yaşından daha çətindir

Yeni bir araşdırmaya görə, 40 yaşında sevgi tapmaq 70 yaşından daha çətindir.

E-saglam.az xəbər verir ki, orta yaşlı insanlar isə təkcə imkanların azlığını deyil, həm də özünə inamın aşağı olmasını və sağlamlıq problemlərini əsas gətirirlər.

Tədqiqatda 18-69 yaş arası 1000-dən çox insan və 70-dən yuxarı 600 insan iştirak edib. Yaşlıların üçdə biri cinsi istəklərinin yaşla azalmadığını bildirib. Bundan əlavə, demək olar ki, yarısı gənc olduqlarından daha çox əminliklə indi əlaqələrdən nə istədiklərini söyləyə bilər. Maraqlıdır ki, yaşı 70-dən yuxarı olan könüllülərin 6%-i libidolarının indi 10 il əvvəlkindən daha yüksək olduğunu qeyd edib.

Bu yaş qrupunun adətən digər nəsillərə nisbətən daha az partnyoru olsa da, 5%-nin son beş ildə iki və ya daha çox romantik münasibəti olub. Araşdırma həmçinin göstərib ki, 70 yaşdan yuxarı insanların 30%-i ayda 10 və ya daha çox dəfə cinsi əlaqəyə girir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun