Psixologiya
Tənbəlliklə mübarizənin sadə və
Psixologiya
165

Tənbəlliklə mübarizənin sadə və təsirli qaydası açıqlandı

Psixoloq Patricia Ramirez bildirib ki, tənbəlliyə qalib gəlmək üçün çox sadə, lakin effektiv bir üsul var: “5 dəqiqəlik qayda”.

E-saglam.az xəbər verir ki, o, bu barədə "Hola" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, tənbəllik hiss etdiyiniz anda özünüzə sadəcə beş dəqiqəlik iş öhdəliyi qoyun. “Özünüzə söz verin ki, bu işi yalnız 5 dəqiqə edəcəksiniz. Əgər bu müddətdən sonra davam etmək istəmirsinizsə, dayanmağa icazəniz var”, – deyə Ramirez izah edib.

Ancaq psixoloq əlavə edib ki, əksər hallarda insan başladığı işi davam etdirməyə motivasiya tapır və özünün də fərqində olmadan həmin işi tamamlayır.

Digər bir mütəxəssis – həkim Mariya Sançes isə tənbəlliklə süründürməçiliyin fərqli anlayışlar olduğunu vurğulayıb. Onun sözlərinə görə, süründürməçilik adətən tapşırığın doğurduğu narahat emosiyalardan qaçmaq üçün meydana çıxır və bu səbəbdən daha dərindən araşdırılmalıdır.

Sadə görünsə də, 5 dəqiqəlik qayda gündəlik həyatda bir çox insan üçün effektiv nəticə verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun