Qidalanma
Tərkibində yumurtadan 10 dəfə çox protein,
Qidalanma
11

Tərkibində yumurtadan 10 dəfə çox protein, ətdən 25 dəfə çox dəmir var

Ət yeməyənlər üçün həm zülal, həm də dəmir baxımından əvəzolunmaz qida olan yaşıl mərcimək həzmi yaxşılaşdırır, ürək sağlamlığını qoruyur, dərini canlandırır və diabetin idarə olunmasına kömək edir.

E-saglam.az-ın məlumatına görə, yaşıl mərcimək, tərkibindəki zəngin protein və dəmir sayəsində xüsusilə vegeterian və veganlar üçün ideal qida mənbəyidir. Ət istehlak etməyənlərdə yarana biləcək zülal və dəmir çatışmazlığını aradan qaldırır. Liflə zəngin olduğu üçün bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır. Aşağı glisemik indeksinə görə isə qan şəkərini balanslaşdırır və diabet riskini azaldır.

Ürək, qan və sinir sistemi üçün güclü dəstək

Yaşıl mərcimək yüksək xolesterini aşağı salaraq ürək-damar sağlamlığını qoruyur. Dəmir və maqneziumla zəngin olması anemiyanın qarşısını alır, qırmızı qan hüceyrələrinin sağlam formalaşmasına yardım edir. Tərkibindəki B vitaminləri sinir sistemini gücləndirir və hormon balansını dəstəkləyir.

Dəri və saç üçün təbii qulluq

Qida dəyəri yüksək olan yaşıl mərcimək dəridəki qıcıqlanmaları azaldır, yaraların sağalmasını sürətləndirir, saçların daha canlı və sağlam görünməsinə kömək edir. A və B vitaminləri ilə birlikdə yüksək dəmir tərkibi həm daxili, həm də xarici sağlamlığa müsbət təsir göstərir.

Sağlam və dadlı olması ilə yanaşı, asanlıqla pəhrizə daxil edilə bilən yaşıl mərcimək süfrələrinizdən əskik olmamalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun