Psixologiya
Tez-tez kabus görmək erkən ölüm riskini göstərə bilər –
Psixologiya
101

Tez-tez kabus görmək erkən ölüm riskini göstərə bilər – alimlər xəbərdarlıq edir

London İmperial Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm kabus görən insanlar daha yüksək erkən ölüm riski daşıyır.

E-saglam.az xəbər verir ki, 19 il ərzində 185 000 nəfərin məlumatları əsasında aparılan araşdırma göstərib ki, həftədə bir dəfə kabus görən şəxslər nadir hallarda və ya heç vaxt kabus görməyənlərlə müqayisədə daha qısa ömür yaşayırlar.

Kabuslar siqaret, artıq çəki və az hərəkətli həyat tərzi kimi tanınmış risk faktorlarından belə daha ciddi təsir göstərib. Alimlərin sözlərinə görə, bu insanlar bioloji baxımdan təxminən 40% daha sürətli qocalır.

Tədqiqat rəhbəri doktor Abidemi Otaiku bildirir ki, kabuslar zamanı beyin reallıqla yuxunu ayırd edə bilmir və bu, kortizol hormonunun kəskin artmasına səbəb olur. Kortizol səviyyəsinin yüksək olması isə hüceyrə qocalmasını və yuxunun pozulmasını sürətləndirir.

Kabus riskini azaltmaq üçün aşağıdakı tövsiyələr verilir:

  • Yatmazdan əvvəl stressli, qorxulu məzmunlardan uzaq durun.

  • Yuxu rejimini və gigiyenasını qoruyun.

  • Anksiyete və depressiyanı vaxtında müalicə edin.

  • Görüntü məşqi terapiyası (kabusu fərqli və az qorxulu şəkildə təsəvvür etmə üsulu) tətbiq edin.

  • Zəruri hallarda yuxu mütəxəssisinə müraciət edin.

Mütəxəssislər kabusların ciddiyə alınmasını və uzunmüddətli psixoloji və fiziki sağlamlığa təsirlərinin nəzərə alınmasını tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun