Faydalı
Təzyiqi normallaşdırmağın çox sadə üsulu açıqlanıb
Faydalı
443

Təzyiqi normallaşdırmağın çox sadə üsulu açıqlanıb

Rusiyada tanınmış kardioloq Yuliya Marşintseva təzyiqi normallaşdırmağın sadə və universal üsullarını açıqlayıb.

Onun sözlərinə görə, hipertoniyada təzyiqi istehlak olunan mayenin miqdarı ilə normallaşdırmaq mümkündür.

Aşağı təzyiqi olan insanlara o, qəhvə içməməyi məsləhət görüb.

“Bu hamıya uyğun gəlməyə bilər: nəbzi sürətləndirir və qıcığı artırır”, - deyə o bildirib.

Mütəxəssis sadəcə mayenin miqdarı ilə təzyiqi qaldırmağın mümkün olduğunu deyib; bunun üçün iki stəkan suyu birnəfəsə içmək lazımdır.

“Qan təzyiqi, əksinə yüksəkdirsə, azı 15 dəqiqə uzanmalı və sidikqovan vasitələr istehlak edilməlidir. Məsələn, tünd dəmlənmiş mərsin cövhəri (təqribən 50 ml) təzyiqi aşağı salmağa kömək edəcək”, - deyə Yuliya Marşintseva bildirib./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun