Vakansiya
Tibb bacısı tələb olunur - Zəfəran Hospital-dan
Vakansiya
1781

Tibb bacısı tələb olunur - Zəfəran Hospital-dan Vakansiya

Tibb bacısı tələb olunur - Zəfəran Hospital-dan vakansiya

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Vəzifə öhdəlikləri:

– Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
– Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
– Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
– İnyeksiyaların vurulması;
– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

Namizədlərə tələblər:

– Yaş: 22-45 yaş;
– Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
– Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
– Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
– İşində məsuliyyətli olmalıdır.

İş Rejimi:
– Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Əmək haqqı:
– maaş 400-500 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tibb bacısı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.

DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun