Tibbi xəbərlər
Tibb işçilərinin əməkhaqlarının hesablanma qaydası dəyişdirilir - RƏSMİ
Tibbi xəbərlər
106

Tibb işçilərinin əməkhaqlarının hesablanma qaydası dəyişdirilir - RƏSMİ

“Tibb işçilərinin əməkhaqlarının hesablanması qaydalarının dəyişdirilməsi üzərində operativ iş aparılır. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.

E-saglam.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.

O bildirib ki, bu qaydalar bütün səhiyyə sahəsinə şamil ediləcək:

“Qeyd edim ki, qaydalar təsdiq edildikdən sonra vətəndaşlara ətraflı məlumat veriləcək”.

K.Ələkbərovun sözlərinə görə, KTM-də çalışan tibb işçilərinə əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək:

“Bu əlavələr aprelin 1-dən başlanaraq hesablanacaq və bütün tibb, eləcə də qeyri-tibb sektorunu əhatə edəcək”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun