Tibbi xəbərlər
Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək? - RƏSMİ
Tibbi xəbərlər
163

Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək? - RƏSMİ

Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək?

E-saglam.az xəbər verir ki, bu barədə ATV-yə müsahibəsində DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:

“Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun