Faydalı
Tualetə getmək istəyini saxlamaq üçün
Faydalı
169

Tualetə getmək istəyini saxlamaq üçün maksimum vaxt nə qədərdir?

“Point of Care” klinikasının baş həkimi, qastroenteroloq Andrey Yakuşev xəbərdarlıq edib ki, tualetə getmək istəyini uzun müddət saxlamaq qəbizlik, anal çat və hemoroid riskini artırır.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya müsahibəsində bu istəyin nə qədər saxlanıla biləcəyinə dair açıqlama verib.

Həkimin sözlərinə görə, hər bir insanın bağırsaq hərəkətləri fərqlidir. Gün ərzində üç dəfə və ya həftədə üç dəfə defekasiya normal sayılır. Lakin istəyə davamlı şəkildə dözmək, bağırsaq sağlamlığı üçün zərərlidir.

Yakuşev defekasiya prosesini belə izah edir: “Nəcis düz bağırsağa keçdikdə sinir ucları bu məlumatı beyin qabığına ötürür. Əgər şərait uyğun deyilsə, beyin sfinkteri sıxmağa, yəni saxlamağa siqnal verir. Bu zaman bağırsaq divarları uzanır, peristaltika zəifləyir və nəcis daha da bərkiyir, çünki su sorulur”.

Uzun müddət bu vərdiş davam edərsə, nəcis sərtləşir, bağırsaq selikli qişası zədələnə bilər və sıxılma nəticəsində hemoroidal damarlar gərginləşə bilər. Bu da qəbizlik və hemoroid riskini artırır.

Mütəxəssis xəbərdarlıq edir ki, tualetə getmək istəyi yarandıqda, onu mümkün qədər gecikdirmədən həyata keçirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun