Qidalanma
Türk qəhvəsi içən hər kəs
Qidalanma
227

Türk qəhvəsi içən hər kəs bu səhvi edir

Diyetoloqların və diş həkimlərinin ümumi fikrinə görə, türk qəhvəsi içdikdən dərhal sonra su içməmək ən çox edilən səhvlərdən biridir.

E-saglam.az xəbər verir ki, ancaq bu vərdiş ağız sağlamlığı baxımından son dərəcə əhəmiyyətlidir. Çünki qəhvənin tərkibində diş minasını zəiflədən asidik quruluş var. Bundan sonra su içilməsə, bu turşu uzun müddət ağızda qala, dişlərin çürüməsinə və ləkələnməsinə səbəb ola bilər.

Bundan əlavə, bəzi insanlar qəhvə ilə şirniyyat istehlak etməyi vərdiş halına gətirirlər. Bu, qan şəkərinin qəfil artmasına səbəb olur, həm həzm problemlərini, həm də uzun müddətdə diabet riskini artırır.

Ekspertlərdən 3 vacib tövsiyə

- Qəhvədən sonra mütləq su içməyi unutmayın: Ağzınızın içini təmizləyir və turşu təsirini azaldır.

- Şirniyyatla həddi aşmayın: Şərbətli desertlər yerinə xurma və ya qara şokolad kimi alternativləri seçin.

- Gündə 1-2 fincandan çox içmək riskli ola bilər: Həddindən artıq kofein qəbulu yuxu rejiminizə və qan təzyiqinizə mənfi təsir göstərə bilər.

Türk qəhvəsi içmək ləzzətdir, ənənədir. Ancaq bu həzzin davamlı və sağlam olması bizim əlimizdədir. Kiçik dəyişikliklərlə həm diş sağlamlığınızı qoruya, həm də maddələr mübadiləsini dəstəkləyə bilərsiniz. Unutmayın, hər bir vərdiş düzgün tətbiq edildikdə daha dəyərli olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun