Tibbi xəbərlər
Türkiyədə karantin sərtləşdirilir: Bu məhsulların satışı qadağan edilir
Tibbi xəbərlər
69

Türkiyədə karantin sərtləşdirilir: Bu məhsulların satışı qadağan edilir

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Türkiyədə 29 aprel tarixindən etibarən qüvvədə olan karantin qaydaları 7 may tarixindən etibarən sərtləşdiriləcək.

E-saglam.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Karantin dövründə sıxlığın qarşısını almaq üçün 7 may tarixindən etibarən supermarketlər daxil olmaqla bütün marketlərdə yalnız əsas qida məhsulları, gigiyena məhsulları, ev heyvanları və kosmetika məhsullarının (ətir və makiyaj istisna olmaqla) satışına icazə veriləcək.

Elektronikanın, oyuncaqların, ofis ləvazimatları, geyim, avtomobil aksessuarları, qab-qacaq və bağ məhsullarının satışı qadağan ediləcək.

Bundan əvvəl isə Türkiyə DİN karantin dövründə marketlərdə alkoqol məhsullarının satışının qadağan olunacağını açıqlamışdı./medicina.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun