Sağlamlığa faydalı xüsusiyyətlərinə baxmayaraq, turp bəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədə qastroenteroloq Vladimir Loginov məlumat verib.
Həkimin sözlərinə görə, turp efir yağları və iri liflə zəngindir, bu isə həzm sistemini stimullaşdırır. Lakin məhz bu xüsusiyyətlər bəzi hallarda mənfi təsir göstərə bilər.
Mütəxəssis aşağıdakı hallarda turpdan uzaq durmağı və ya ehtiyatla istifadə etməyi tövsiyə edir:
- Kəskin qastrit, mədə xorası və enterokolit zamanı – turp ağrı və ürək yanmasını artıra bilər
- Pankreatit zamanı – fermentləri aktivləşdirərək mədəaltı vəzinin yüklənməsinə səbəb ola bilər
- Öd daşı xəstəliyində – qaraciyər sancılarını gücləndirə bilər
- Qıcıqlanmış bağırsaq sindromunda – ishalı artıra bilər
- Podaqra zamanı – tərkibindəki purinlər sidik turşusunu yüksəldir
- Hipotiroidizm zamanı – yodun mənimsənilməsini azaldaraq vəziyyəti ağırlaşdıra bilər
Qastroenteroloq vurğulayıb ki, turpun xüsusilə çox miqdarda istehlakı risklidir. Bu səbəbdən qeyd olunan xəstəlikləri olan şəxslər bu tərəvəzdən ya tam imtina etməli, ya da onu çox məhdud şəkildə qəbul etməlidirlər.
Tərcümə: Könül Oruc