Xəbərlər
Ucar Rayon Mərkəzi Xəstəxanasını
Xəbərlər
308

Ucar Rayon Mərkəzi Xəstəxanasını su basdı

Aprelin 16-da ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti Ucar rayonuna da təsirsiz ötüşməyib.

E-saglam.az "Unikal"a istinadən xəbər verir ki, yağış suları Ucar Rayon Mərkəzi Xəstəxanasının həyətinə dolaraq bir sıra problemlər yaradıb. 

Belə ki, xəstəxanaya müraciət edən rayon sakinləri xüsusilə təcili tibbi yardım, poliklinika və uşaq xəstəxanasına daxil olmaqda çətinlik çəkiblər. Nəticədə nəqliyyat vasitələri insanları binanın girişinə qədər gətirməli olublar. 

Yaranmış fəsadın aradan qaldırılması üçün heç bir tədbirin görülməməsi isə təəccübə səbəb olub. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun