Mütəxəssis Renato Botelho bildirib ki, evdə ən çox bakteriya yığılan yer unitaz oturacağı deyil.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bir çox insanın gündəlik istifadə etdiyi termoslar bakterioloji baxımdan ondan da çirklidir.
Botelho deyir ki, termosu sadəcə su və yuyucu ilə çalxalamaq kifayət etmir. İç divarlarda heç bir qoxu və ya görünən çirk olmasa belə, biofilm əmələ gəlir və bu qat bakteriyaların çoxalması üçün ideal mühitdir. Bu çirklənmə yalnız hərtərəfli mexaniki təmizləmə ilə aradan qaldırıla bilər.
Həkim qeyd edir ki, termoslarda daimi rütubət, tüpürcək qalıqları, zəif təmizlənmiş qapaq və rezin hissələr patogenlərin yayılmasını sürətləndirir. Buna görə termosların gündəlik olaraq fırça, su və neytral yuyucu vasitə ilə yuyulması, həftədə 1–2 dəfə isə xüsusi dərin təmizləyici vasitələrlə dezinfeksiya edilməsi tövsiyə olunur. Təmizləndikdən sonra qab mütləq tam qurudulmalıdır.
Tərcümə: Könül Oruc