Sağlamlıq
Unitazlar bu xəstəliyə səbəb olurmuş -
Sağlamlıq
342

Unitazlar bu xəstəliyə səbəb olurmuş - Maraqlı fakt

İnsanların bir çoxu bağırsaq tənbəlliyindən və qəbizlikdən şikayətçidirlər. Sən demə, bu problemin yaranmasında öz yaratdığımız konfortun, rahatlığın rolu varmış.

Hit.az-a açıqlama verən həkim Yadigar Elbəyli bildirib ki, unitazlar bağırsaq tənbəlliyinin  artmasında xüsusi rol oynayıb:

“Bir zamanlar əksər insanlar tualetlərdə alaturka unitazlar (yer unitazları” quraşdırırdılar. Bu bir növ bədəni tərbiyə edir, idman hərəkətlərinə səbəb olurdu. Unitazların hündür olmasının yaratdığı bir problem də qəbizlikdir. Defekasiyanın normal baş verməsi üçün düzgün oturuş tərzi  vacibdir. Defekasiya aktını həyata keçirərkən , əslində dizlər anusdan hündürdə durmalıdır. Unitazda oturarkən bu duruş tərzinin mümkün olmaması, qəbizliyə səbəb olan əsas amilərdən biri hesab edilir”- deyə o qeyd edib.
E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun