Tibbi xəbərlər
Unutqanlığın yüksək zəka göstəricisi olduğu
Tibbi xəbərlər
68

Unutqanlığın yüksək zəka göstəricisi olduğu aşkarlandı

Tez-tez unutmaq – adətən mənfi bir xüsusiyyət kimi qəbul edilir və hətta bəzən zehni geriliklə əlaqələndirilir. Filmlərdə və televiziya seriallarında unutqan insanlar ya komik, ya da zəif obrazlar kimi təqdim olunur.

E-saglam.az xəbər verir ki, lakin Toronto Universiteti tərəfindən aparılan yeni bir araşdırma bu fikri tamamilə alt-üst edir. Alimlər bildirir ki, unutqanlıq bəzən zəif yaddaşdan deyil, beynin daha səmərəli işləməsindən qaynaqlanır və bu xüsusiyyət yüksək intellektin göstəricisi ola bilər.

Yaddaş hər şeyi saxlamaq üçün deyil

Araşdırmanı aparan neyroloqlar bildirirlər ki, beyin hər detalı saxlayacaq şəkildə proqramlaşdırılmayıb. Əksinə, beyin informasiyanın vacibini seçib, lazımsız olanı silməklə daha effektiv işləyir. Yəni unutqanlıq, yaddaşın zəif olması deyil, beyinin prioritetləşdirmə qabiliyyətinin güclü olması deməkdir. Bu da insanın məntiqli qərarlar verməsinə, mühitə tez uyğunlaşmasına və problem həll etmə bacarığına müsbət təsir edir.

Hər şeyi xatırlamaq – həqiqətən istənilən bir şey deyil

Tədqiqatçılar onu da vurğulayırlar ki, hər xırda detalı xatırlamaq əslində zəkaya fayda vermir, əksinə, beyni yükləyərək qərarvermə prosesini çətinləşdirə bilər. İnsan beyni daim dəyişən şəraitə uyğunlaşmalıdır və bu zaman köhnə, lazımsız məlumatların silinməsi təbii və sağlam bir prosesdir.

Unutmaq – yaradıcı düşüncəyə açılan qapı

Araşdırmanın başqa bir maraqlı nəticəsi isə budur: unutqan insanlar daha yaradıcı ola bilərlər. Beynin həmişə yeniliyə açıq qalması, köhnə məlumatlara ilişib qalmaması onların yeni ideyalar yaratmaq qabiliyyətini artırır. Qısacası, yaradıcı insanlar bəzən "unudaraq" daha çox irəliləyirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun