Tibbi xəbərlər
Ürək qapağı çürüdü, içi qan laxtasıyla doldu, amma sağ qaldı -
Tibbi xəbərlər
171

Ürək qapağı çürüdü, içi qan laxtasıyla doldu, amma sağ qaldı - Həkimlər şokda

Kahramanmaraşda yaşayan 47 yaşlı Əziz Karabörkün nəfəs darlığı şikayəti ilə xəstəxanaya müraciət etməsi onu möcüzəvi şəkildə xilas edən əməliyyata səbəb oldu.

E-saglam.az xəbər verir ki, müayinələr zamanı məlum oldu ki, onun ürək qapağı çürüyüb və uşaqlıqda keçirdiyi qızdırma xəstəliyi nəticəsində ürəyində iri laxta əmələ gəlib.

Kahramanmaraş Sütçü İmam Universiteti Xəstəxanasında aparılan müayinələrdən sonra Karabörkün təcili əməliyyata alınmasına qərar verildi. Əməliyyatı reallaşdıran Prof. Dr. Mehmet Kirişçi bildirib ki, xəstənin ürəyindəki laxtanın ölçüsü və quruluşu bu vaxta qədər rast gəldikləri hallar arasında ən diqqətçəkəni olub.

Əməliyyat 7 saat davam edib. Cərrahlar Karabörkün ürəyindən uzunluğu 10 santimetr, çəkisi 250 qram olan laxta çıxarıblar. Bununla yanaşı, çürümüş ürək qapağı da dəyişdirilib. Kirişçi bu vəziyyəti belə izah edib:

“Bu qədər iri laxtanın ürəkdə qalması və xəstənin sağ qalması nadir haldır. Əgər bu laxtalar beyinə və ya digər orqanlara getsəydi, ölüm və ya iflic qaçılmaz olardı”.

Əməliyyat zamanı ürəyin içinin tamamilə qan laxtaları ilə dolduğu və hətta yeni membranların əmələ gəldiyi müşahidə olunub. Bu isə xəstəliyin nə qədər gecikdiyini və təhlükəli mərhələyə çatdığını göstərib.

Prof. Kirişçi deyib: “Bu əməliyyatda eyni anda həm ürək qapağı dəyişdirildi, həm də nəhəng laxta tamamilə təmizləndi. Normalda belə əməliyyatlar 3-4 saat çəkir, amma bu halda 6-7 saat davam etdi. Bu vəziyyət, sözün əsl mənasında, möcüzəvi hadisədir”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun