Tibbi xəbərlər
Uroloq gənclərin niyə testosteron çatışmazlığı ilə
Tibbi xəbərlər
186

Uroloq gənclərin niyə testosteron çatışmazlığı ilə üzləşdiyini izah etdi

Əsas kişi hormonu olan testosteron, kişilərin həm fiziki, həm də psixi sağlamlığı üçün vacibdir. Bu hormon əzələ kütləsinin qorunması, yağ mübadiləsi, enerji səviyyəsi, əhval-ruhiyyə və cinsi istək (libido) kimi funksiyaları tənzimləyir.

E-saglam.az xəbər verir ki, onun çatışmazlığı yalnız yaşlılarda deyil, gənc kişilərdə də müşahidə oluna bilər.

ABŞ-nin Klivlend Klinikasının uroloqu Raevti Bole bildirir ki, gənclərdə testosteron çatışmazlığına səbəb olan əsas amillər xroniki xəstəliklər, piylənmə, strestestislərin zədələnməsi ola bilər.

Simptomlar (əlamətlər) arasında daimi yorğunluq, əzələ itkisi, apatiya (həyata marağın azalması) və cinsi disfunksiya yer alır. Bu simptomlar digər xəstəliklərə də bənzədiyi üçün dəqiq diaqnoz qoymaq çətinləşir.

Doktor Bolenin sözlərinə görə, testosteron çatışmazlığı diaqnozu yalnız iki əsas şərt olduqda təsdiqlənir: tipik simptomların müşahidə olunması və laborator analizlərlə aşağı testosteron səviyyəsinin aşkarlanması.

Həkim həmçinin bazarda satılan və guya testosteronu artırdığı iddia edilən əlavələrə qarşı xəbərdarlıq edir. Onların tərkibində zərərli maddələr ola bilər və effektivliyi elmi cəhətdən sübut edilməyib.

Əgər simptomlar uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir. Eyni zamanda, həyat tərzində dəyişiklik etmək də vacibdir: piylənmənin aradan qaldırılması, fiziki aktivliyin artırılmasıxroniki stressin azaldılması testosteron səviyyəsini təbii yollarla yaxşılaşdırmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun